Şotlandiyalı kişi Dubayda “yanbıza toxunduğuna” görə məhkəməyə düşübbackend

Şotlandiyalı kişi Dubayda “yanbıza toxunduğuna” görə məhkəməyə düşüb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu hərəkətə görə yerli qanunvericilikdə üç ilədək həbc cəzası nəzərdə tutulur.
Şotlandiyanın Stirling şəhərindən olan Jamie Harron bazar günü keçirilmiş məhkəmə iclasına dəvət olunmuşdu.
27 yaşlı Jamie Harron ictimai yerdə özünü ədəbsiz aparmaqda ittiham olunur.
Hadisə Dubayda iyulun 15-də Rock Bottom barında baş verib.
Bundan əvvəlki məhkəmə iclasına gəlmədiyi üçün, onun həbs ediləcəyi qorxusu var idi.
Harron iclasdan sonra sərbəst buraxılıb, lakin ona bildirilib ki, növbəti dinləmələri nəzərə alaraq şəhəri tərk etməməlidir.

Bir müddət Əfqanıstanda işləmiş, ixtisasca elektrik olan Jamie Harron BƏƏ-də yolüstü, iki günlük müddətə dayanacaq etmişdi.
Jamie Harron iddia edir ki, klubda camaatın sıx durduğndan, və bir əlindəki qədəhdən içkinin dağılmaması üçün o, başqa əlini qabağa atdığından, bilməyərəkdən \”qarşısında duran kişinin yanbızına toxunub\”.
Xəbərlərə görə, Jamie Harron 5 gün ərzində Əl-Bərşə həbsxanasında saxlanılıb, ondan pasportu müsadirə olunub.
Bu hadisə ilə bağlı, \”Dubayda tutulanlar\” adlı xeyriyyə cəmiyyətinin sözçüsü Radha Stirling BBC-ə deyib ki, növbəti məhkəmə iclası 2 həftədən sonra gözlənilə bilər.
Bundan əvvəl Dubayda saxta 20 funtluq əskinası dəyişdirməyə cəhd etdiyinə görə, Edinburgh şəhərinin sakini həbs olunmuşdu.
William Barclay, Edinburgh-a cümə günü, Dubayda həbsdə 3 gün saxlandıqdan sonra, qayıdıb.

İnterpress.az