İnterpress.az xəbər verir ki, sərəncamda məqsəd ölkədə işəgötürən–işçi münasibətlərinin rəsmiləşdirilməsi, əməyin ödənişinin təşkilinə nəzarət mexanizmlərinin təkmilləşdirilməsi və bu sahədə dövlət orqanları arasında daha səmərəli koordinasiya olunmuş siyasətin həyata keçirilməsidir.
Əmək Münasibətlərinin Tənzimlənməsi və Koordinasiyası Komissiyasına bu sərəncamla təsdiq edilmiş Tədbirlər Planının icrasını əlaqələndirmək və icranın gedişi barədə hər yarımildə bir dəfə Azərbaycan Prezidentinə məlumat vermək; bu sərəncamdan irəli gələn digər məsələləri həll etmək tapşırılıb.
Nazirlər Kabineti bu sərəncamdan irəli gələn digər məsələləri həll edəcək.
İnterpress.az