Soçidə MDB XİN başçıları Şurasının iclası keçirilirbackend

Soçidə MDB XİN başçıları Şurasının iclası keçirilir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

APA-nın Soçiyə ezam olunmuş xüsusi müxbirinin verdiyi məlumata görə, Nazirlər Şurasının iclasında Azərbaycanı xarici işlər nazirinin müavini Xələf Xələfov təmsil edir.

Şuranın iclası ilk olaraq nazirlərin dar tərkibdə görüşü ilə başlayıb. Daha sonra nazirlər nümayəndə heyətləri ilə birgə görüş keçiriblər.

Şuranın iclasında MDB çərçivəsində əməkdaşlığa dair 18 məsələyə baxılacaq. XİN başçıları MDB məkanında gələcəkdə çoxplanlı əməkdaşlığın genişləndirilməsi tədbirlərini müzakirə edəcəklər, aktual beynəlxalq məsələlər barədə fikir mübadiləsi aparacaqlar. İclasın yekununda razılaşdırılmış layihələrin sənədləri baxılması üçün oktyabrın 11-də Soçidə keçiriləcək MDB Dövlət Başçıları Şurasına və noyabrın 3-də Daşkənddə keçiriləcək MDB ölkələri Baş Nazirləri Şurasına təqdim olunacaq.

Tədbirdə \”Korrupsiyaya qarşı mübarizədə əməkdaşlıq Konsepsiyası”, \”Terrorçuluqla mübarizə və ekstremizmin digər təzahürləri, eləcə də onların maliyyələşdirilməsi sahəsində informasiya mübadiləsi haqqında Saziş\” layihələri haqqında qərar qəbul ediləcək. Hərbi sahədə əməkdaşlıq, xüsusən də MDB ölkələri birləşmiş hava hücumundan müdafiə sisteminin uyğunlaşması layihəsinin əsas istiqamətləri də gündəliyə çıxarılacaq.

Humanitar sahədə əməkdaşlığın dərinləşdirilməsinə istiqamətlənən bir sıra sənədlərin razılaşdırılması da müzakirə olunacaq. Bu sənədlərə \”2019-cu ilin MDB-də \”Kitab İli\”, 2020-ci ilin 1941-45-ci il Böyük Vətən Müharibəsində Qələbənin 75 illiyi ili\” elan olunması və digərləri daxildir.

İclasın yekununda MDB icraiyyə Komitəsinin sədri Sergey Lebedev və Rusiya xarici işlər naziri Sergey Lavrovun birgə mətbuat konfransı planlaşdırılır.

İnterpress.az