İnterpress.az xarici mətbuata istinadən xəbər verir ki, Sally Jones iyun ayında İraq sərhədində öldürülsə də, xəbər indi ortaya çıxıb. Məlumata görə, hücumlar zamanı onun 12 yaşlı oğlu Co-Co da ölüb.
Qeyd edək ki, Salli Cons Britaniyada \”Ümmü Hüseyn\” adı ilə məşhurdur. O, İslam dinini qəbul edərək, sevgilisi Cüneyd Hüseyn ilə Suriyaya gedibmiş. Orada cütlük İŞİD-ə qoşulub.
Cons ölkəni tərk edən zaman oğlunu da özü ilə Raqqaya aparıb. 2015-ci ildə Cüneyd hava hücumları zamanı öldürülüb.
İnterpress.az