İnterpress.az xarici mətbuata istinadən xəbər verir ki, Pakistanda Talibana bağlı qüvvələr tərəfindən girov saxlanılan Kanada vətəndaşı Coşua Boyle, ABŞ vətəndaşı Caitlan Coleman və üç uşaqlarının Pakistan ordusunun əməliyyatı xilas edildiyi bildirildi.
ABŞ Prezidenti Donald Trump və Xarici İşlər Naziri Reks Tillerson, məsələ ilə bağlı ayrı-ayrı yazılı bəyanat verib.
Açıqlamasında Boyle-Coleman ailəsinin azad edilməsinin sevindirici hal olduğunu qeyd edən Trump, \”Dünən ABŞ hökuməti, Pakistan hökumətilə birgə işləyərək Boyle-Coleman ailəsinin azad edilməsini təmin etdi. Bu gün onlar sərbəst vəziyyətdədirlər. Bu, ölkəmizin Pakistanla münasibətləri baxımından müsbət bir andır\”-dedi.
Pakistan rəhbərliyinin bu addımının həm ABŞ ilə əlaqələri, həm də regional təhlükəsizlik prioritetləri baxımından dəyərli olduğunu vurğulayan Trump, \”Bundan sonrakı terrorla mübarizə və girov azad etmə əməliyyatlarımızda bu cür iş birliklərini və komanda işini görməyi ümid edirik\”- dedi.
Eyni məsələ ilə bağlı açıqlamasında Xarici İşlər Naziri Tillerson, Talibana bağlı \”Hakkani\” təşkilatı tərəfindən qaçırılan Boyla-Coleman cütünün üç uşaqlarının girov tutularkən dünyaya gəldiyinə işarə etdi.
Tillerson ABŞ hökumətinin məsələ ilə bağlı saysız-hesabsız səylərini alqışlayıram. Xüsusən, (ABŞ-ın İslamabad Səfiri) Səfir Devid Hele ilə Pakistan tərəfi qurduğu münasibətdən dolayı qürur duyuram. ABŞ, bu prosesdəki iş birliyindən görə Pakistan rəhbərliyinə və Pakistan ordusuna bəslədiyi dərin minnətdarlığı ifadə edir\”-dedi.
Tillerson, bu əməkdaşlığın bundan sonra da ABŞ-Pakistan münasibətlərinə müsbət əks olunmasını arzuladığını vurğulayıb.
Boyle Coleman ailəsi, 2012-ci ildə turist kimi Əfqanıstanda olduqları zaman Talibana bağlı qüvvələr tərəfindən qaçırılmışdı. Boyle-Coleman ailəsinin son olaraq Pakistanın şimal-qərbində bir nöqtədən başqa nöqtəyə transfer olunarkən Pakistan ordusunun əməliyyatı nəticəsində azad edildiyi bildirilib.
İnterpress.az