İnterpress.az xəbər verir ki, yollardan birində içində partlayıcı maddənin olduğu yük maşını partlayıb. Hüquq mühafizə orqanlarından verilən məlumata görə, partlayış polisin yük maşınını təqib etdiyi vaxt baş verib.
Bu barədə “Sinxua” agentliyi məlumat yayıb. Verilən məlumata görə, partlayış nəticəsində 40 nəfər ölüb, azı 15 insan xəsarət alıb. Hadisə “Safari” hotelinin yaxınlığında olub. Ölənlərdən çoxu Somali vətəndaşıdır.
Bundan başqa, eyni rayonda ikinci partlayış hadisəsi qeydə alınıb. Bu dəfə minik avtomobili partladılıb. Lakin həmin hadisə zamanı xəsarət alan olmayıb. Avtomobilin sürücüsü isə polis tərəfindən həbs edilib.
İnterpress.az