Nar pəhriziı saxlayan zaman tək narın özündən və ya narla başqa meyvələrin qarışığından istifadə etmək mümkündür. Pəhriz zamanı çay, qəhvə, su və digər şirələrdən istifadə etmək mümkündür. Amma çox qida qəbulu yol verilməzdir.
Nar pəhrizi zamanı qida qəbulu azaldığına görə orqanizmin zəiflədiyi və immunitetin aşağı düşməsi barədə düşünmək çox yalnışdır. Çünki nar şirəsi vitamin balansını ödəməklə yanaşı, antioksidant xüsusiyyətinə görə orqanizmi müxtəlif infeksiya və xəstəliklərdən qoruyur. Bəs nar pəhrızi zamanı nə yeməli?
Səhər yeməyi – yağsız pendir, soyutma yumurta, çay.
Günorta yeməyi – dərisi soyulmuş və suda bişmiş yağsız toyuq.
Axşam yeməyi – müxtəlif meyvələr, yatmazdan əvvəl kəsmik.
Nar şirəsi gün ərzində 7-8 dəfə hər dəfə 150-200 ml qəbul edilir. Bu bir həftəlik qida rasionudur.
İnterpress.az