Aprel döyüşlərində yaralanan hərbçi Türkiyədə əməliyyat olundubackend

Aprel döyüşlərində yaralanan hərbçi Türkiyədə əməliyyat olundu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yaşar Ağayev Bakıda 3 dəfə əməliyyat olunub, 46 gün komada qalmışdı.

Əməliyyatdan sonra jurnalistlərə təəssüratlarını bölüşən hərbçi bildirib ki, yaralandıqdan sonra kəlləsinin yarısının olmadığını güzgüdə gördükdə soyuqqanlı davranıb:

\”Bədənimin sol tərəfinin işləməməsi isə məni üçün böyük bir çətinlik idi. Mən bir dəfə əziyyət çəksəm də, ailəm həmişə mənə görə kövrəlirdi. Mən anamın yanında heç vaxt başıaçıq gəzmirdim. Çünki, başımı məni belə görüb ağlayırdı.\”

Gülhanə xəstəxanasının beyin və sinir cərrahı Özkan Tehli 13 nəfərlik həkim heyəti ilə \”kranioplastika\” əməliyyatı həyata keçirərək, 3D printerlərin köməyi ilə Y. Ağayevə baş nahiyəsinə süni baş qapağı qoyulduğunu bildirib.

\”O, xəstəxanamıza gəldikdə danışa, yeriyə bilmirdi. 5 əməliyyat və 1 il yarımlıq müalicədən sonra o, həm danışır, həm də yeriyə bilir. Görünüşündəki qüsur da aradan qaldırılıb.\” – , deyə həkim bildirib.

İnterpress.az