SOCAR-ın Bakıdakı baş ofisində faciə – Ölən varbackend

SOCAR-ın Bakıdakı baş ofisində faciə – Ölən var

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumatına görə, nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, inzibati binanın liftində təmir işləri aparan 1991-ci il təvəllüdlü Əhmədov Orxan Şəhrab oğlu liftin şaxtasına yıxılıb. Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri O.Əhmədovun meyitini şaxtadan çıxararaq aidiyyəti üzrə təhvil verib. Əməliyyat başa çatıb.

Lent.az-ın əldə etdiyi məlumata görə, dəhşətli hadisə Heydər Əliyev prospekti 121 ünvanında yerləşən SOCAR-ın baş ofisində baş verib. Yuxarı mərtəbələrdən birində təmir işi ilə məşğul olan usta ehtiyatsızlıqdan liftin şaxtasına yıxılıb və hadisə yerində ölüb.

Faktla bağlı Nərimanov rayon Prokurorluğunda araşdırmalara başlanılıb.

İnterpress.az