Atatürkün İngiltərədəki  qohumu 2019-da namizəd…backend

Atatürkün İngiltərədəki qohumu 2019-da namizəd…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xarici mətbuata istinadən xəbər verir ki, 47 yaşlı Söyüdlügil namizəd olmaq istədiyi partiyanın isə Atatrkün qurduğu Cumhuriyyət Xalq Partiyası olmadığını söylədi. Səlin Söyüdlügil müsahibəsində partiyanın Atatürk prinsiplərinə sadiq qaldığını, lakin hədəflərinə çatmadığını bildirdi.
Üç uşaq anası Söyüdlügil 2019-cu ilin noyabrındakı seçkilərdə Maral Akşenərin quracağı partiyaya üzv olacağını bəyan etdi. “Atatürkün yandırdığı alovu parlamentdə davam etdirmək istəyən mirasçı” başlıqlı xəbərdə Türkiyəli qadınların parlamentdə təmsil olunmasına da yer verildi.
61 yaşlı Maral Akşenerin quramağa hazırlaşdığı partiya haqqında bilgi verildi. Söyüdlügil müsahibəsində “Türkiyə zəngin keçmişi və yetkin tarixi ilə dünyada vacib yere malik ölkədir. Gələcək vəd edən gənc potensialı isə ən böyük qazancıdır. Fərdlər olaraq azad və demokratik bir ölkədə yaşamaq istəyirik” dedi. İngiltərənin paytaxtı Londonda yaşayan Səlin Söyüdlügilin Atatürkün əmisinin törəmələrindən olduğu bildirilir.

İnterpress.az