İnterpress.az-ın “Oxu.az”a istinadla məlumatına görə, video Boxing Channel YouTube kanalında yerləşdirilib. 36 yaşlı çempion 41 yaşlı Mikaelaya yüngül şillə və gülüşlə cavab verib.
İkinci yarım-orta çəkidə Ümumdünya Boks Şurası (WBC), Ümumdünya Boks Assosiasiyası (WBA), Beynəlxalq Boks Federasiyası (IBF) və Ümumdünya Boks Təşkilatı (WBO) versiyaları üzrə döyüş oktyabrın 21-də Norveçin Stokk şəhərində keçiriləcək. Qeyd edək ki, hazırda sadalanan bütün titulların sahibi Brekhusdur.
İnterpress.az