İnterpress.az-ın məlumatına görə, bu barədə Əfqanıstan Daxili İşlər Nazirliyi məlumat yayıb. Məlumatda bildirilir ki, hücum nəticəsində azı 12 nəfər həlak olub, 60 nəfər yaralanıb. Hücum edənlərdən ikisi zərərsizləşdirilib. Məlumata görə, hücum zamanı polis rəisi də öldürülüb.
Hücuma görə məsuliyyəti “Taliban” öz üzərinə götürüb.
İnterpress.az