Ağdam klubu üçüncü turda \”Atletiko\”nu qəbul edib. \”Qarabağ\” ilk dəfə İspaniya klubu ilə üz-üzə gəlib.
90 dəqiqə ərzində qapılara qol vurulmayıb. Son 15 dəqiqəni çempionumuz azlıqda keçirsə də, qapısının toxunulmazlığını qoruya bilib – 0:0. Bununla da \”Qarabağ\” ilk dəfə ÇL-in qrupunda xal qazanıb.
Qeyd edək ki, Qurban Qurbanovun komandası İngiltərədə keçirdiyi ilk matçda \”Çelsi”yə 0:6, Bakıda isə İtaliya təmsilçisi \”Roma”ya 1:2 hesabı ilə uduzub.
Qrupun digər görüşündə \”Roma\” \”Çelsi\”nin qonağı olacaq.
İnterpress.az