İnterpress.az \”Ria Novosti\”yə istinadən verir ki, BMT TŞ mətbuata verdiyi bəyanatda tərəfləri fikir ayrılığını Konstitusiya yolu ilə həll etməyə çağırıb. Təhlükəsizlik Şurası İŞİD-ə qarşı mübarizədə səylərin davam etdirilməsinin vacibliyini bildirib, İraqda tərəflər arasında dialoqun qurulması üzrə BMT-nin səylərini dəstəkləyib.
Xatırladaq ki, bazar ertəsi İraqın Baş naziri, eyni zamanda İraq ordusunun ali baş komandanı Heydər əl-Abadi hərbçilərə Kərkük vilayətində təhlükəsizliyi və sabitliyi bərpa etmək tapşırığı vermişdi. Hazırda hökumət qüvvələri Kərkük şəhərinə (eyni adlı vilayətin inzibati mərkəzi) nəzarəti bərpa edib.
İnterpress.az