Dağıstandan gəlib Mingəçevirdə adam öldürdübackend

Dağıstandan gəlib Mingəçevirdə adam öldürdü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, hadisə oktyabrın 22-də şəhərin İsmət Qayıbov küçəsindəki bərbərxanada qeydə alınıb.

Mingəçevir sakini olan və Dağıstandan yenicə qayıdan 27 yaşlı Eldar Abbasov şəxsi münasibətlər zəminində aralarında baş verən dava zamanı şəhərin Puşkin küçəsindəki 10 saylı mənzildə yaşayan 34 yaşlı Pərviz Məmmədova 18 bıçaq xəsarəti yetirərək onu amansızlıqla qətlə yetirib.

Polis əməkdaşları dərhal əraziyə gedərək Eldar Abbasovu hadisənin baş verdiyi bərbərxanada saxlayaraq istintaqa təhvil veriblər.

Hadisənin qısqanclıq zəminində törədildiyi bildirilir.

Eldar Abbasovun subay olduğu, Pərviz Məmmədovun isə ötən il evləndiyi və bir uşaq atası olduğu bildirilir.

İnterpress.az