İnterpress.az xarici mətbuata istinadən xəbər verir ki, Pakistanın Bəlucistan əyalətinin paytaxtı Kettada polis maşınına edilən bombalı hücum zamanı çox sayda insan yaralanıb, ölənlərin olub olmadığına dair məlumat verilməyib. Partlayışdan dərhal sonra bölgəyə təcili tibbi yardım maşınları göndərilib. Hücumu hələ ki, heç bir təşkilat üzərinə götürməyib.
Kettada keçən həftə meydana gələn və yenə polis maşınını hədəf alan bombalı hücum zamanı aralarında polislərin də olduğu 30 adam həyatını itirmişdi.
İnterpress.az