İnterpress.az xarici mənbələrə istinadən xəbər verir ki, Suriya ordusunun son aylarda ələ keçirmək üçün həmlə etdiyi Dayrizordaki neft yataqlarının bir hissəsini SDQ qüvvələri İŞİD-dən geri alıb. Şəhərin şərq istiqamətində yerləşən Əl-Umer neft yatağı SDQ-nin nəzarətinə keçib.
Suriyadakı ümumi neft hasilatının 25 faizini tədarük edən Əl-Umer neft yatağı 2014-cü ilin ortalarında İŞİD tərəfindən ələ keçirilmişdi. Qeyd edək ki, İŞİD son üç ildə bu neft yatağından milyonlarla dollar gəlir əldə edib.
İnterpress.az