\”Palladium” teatrında keçirilən \”The Best” adlı tədbirdə müxtəlif nominasiyalarda ən yaxşılar bəlli olur.
Əvvəlcə 2017-ci ilin ən yaxşı qolu nominasiyasında qalib müəyyənləşib. Ardınca isə ilin ən yaxşı baş məşqçisinin kimliyinə aydınlıq gəlib.
Madrid \”Real”ının baş məşqçisi Zinəddin Zidan 2017-ci ilin ən yaxşı məşqçisi seçilib.
Qeyd edək ki, Zidan ötən mövsüm \”Real”la İspaniya La Liqasının və Çempionlar Liqasının qalibi olub.
İnterpress.az