İnterpress.az-ın APA-ya istinadən məlumatına görə, bu barədə Ukrayna Miqrasiya Xidmətinin bəyanatında bildirilir.
Qeyd edək ki, Ukraynanın baş prokuroru Yuri Lutsenko bundan əvvəl Miqrasiya Xidmətinin M.Saakaşviliyə qaçqın statusu verməkdən imtina etdiyini bildirib.
Ukrayna Miqrasiya Xidməti həmçinin M.Saakaşvilinin ona əlavə mühafizə təyin edilməsinə dair müraciətinə imtina cavabı verib. Buna səbəb kimi, müraciətin lazımi qaydada tərtib edilməməsi göstərilib.
İnterpress.az