İnterpress.az xarici mətbuata istinadən xəbər verir ki, Suriya, 2011-dən bu yana davam edən müharibənin yaralarını sarıyır. Rusiya Araşdırma Mərkəzi bir qrup qaçqının Hələbə qayıdışını təmin edib. Mərkəzin sözçüsü Soslan Tseboyev \”Araşdırma Mərkəzi Suriyalı rəsmilərlə birlikdə Membiçtən 70 qaçqına Maskanah şəhərində qalacaq yer təmin edib. Qaçqınların evlərinə təhlükəsiz bir şəkildə keçidini də təmin etmişik\” dedi.
Suriyanın böyük qaçqın düşərgələrindəki şəxslərin yenidən yerləşdirilməsini istəyən qaçqınların geri qayıdışı mərhələli şəkildə aparılır. Sentyabr ayında Lazkiyedə bir stadionda məskunlaşan 20.000 qaçqının geri dönüşünün təmin olunduğu bildirilir.
Birləşmiş Millətlər Təşkilatının məlumatlarına görə, Suriya hökuməti ilə Rusiya Araşdırma Mərkəzinin apardığı prosesdə Suriyanın müxtəlif bölgələrindən 500.000-ə yaxın qaçqının evlərinə qayıdıb.
Silahlı münaqişələrdən zərər çəkən rayonlar üçün Suriyanın Tartus limanına 4000 min tondan artıq Rusiya istehsalı olan tikinti materialı və avadanlığı göndərən Rusiya Araşdırma Mərkəzi, bu ölkədəki humanitar yardım fəaliyyətlərini inkişaf etdirməyi planlaşdırır.
İnterpress.az