Danimarkada arzuolunmaz uşaqlar üçün “körpə qoyma kabinələri”backend

Danimarkada arzuolunmaz uşaqlar üçün “körpə qoyma kabinələri”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xarici mətbuata istinadən xəbər verir ki, İsveç Televiziyasının xəbərinə görə, bir həftə əvvəl Kopenhagenin Glustrop bölgəsində yeni doğulmuş bir körpə cəsədinin tapılmasının ardından təklif Danimarka Parlamentində geniş dəstək tapıb. Təklif sahibləri, Danimarkada ildə orta hesabla bir uşağın küçəyə tərk edildiyini və 2004-ci ildən bu yana səkkizi canlı və beşi ölü cəmi 13 uşaq tapılıdığını xatırlatdılar.

Yerli mediaya danışan Danimarka Xalq Partiyası səhiyyə sözçüsü Liselott Blixt, çox çətin vəziyyətdə qalan anaların yeni doğulmuş körpələrini küçəyə qoymaqdansa, \”körpə qoyma kabinələri\” sayəsində etibarlı bir üstünlükləri olacağını deyib.

Danimarka Radiosuna danışan Mamaçalar Həmkarlar İttifaqı Sədri Lilian Bondo isə, əsl təhlükənin uşaqların küçədə ailələri olmadan böyümələri olduğunu vurğulayıb.

Xəbərdə, Danimarkada hələ də qərar mərhələsində olan \”körpə qoyma kabinələri\” tətbiqinin qüvvədə olduğu Almaniyada, kabinələrə bu ana qədər 500 uşağın buraxıldığı qeyd olunub.

İnterpress.az