İnterpress.az Reporta istinadən xəbər verir ki, bunu Türkiyənin baş naziriBinəli Yıldırım Egey İqtisadi Forumunda deyib.
İraqın şimalındakı Kürd Muxtar Əyalətinin başçısı Məsud Barzaninin sentyabrın 25-də keçirdikləri “referendum”un nəticələrini dondurmağa hazır olmaları ilə bağlı təklifinə münasibət bildirərən baş nazir vurğulayıb ki, hazırda Orta Şərqə vəziyyət ümidverici deyil.
B.Yıldırım hesab edir ki, İraqın şimalındakı muxtariyyət rəhbərliyi yanlış qərarlar qəbul edib: \”Məsud Barzani deyib ki, “referendumdan əvvəlki şərtlərə qayıdırıq”. Əgər bu nəticəyə gələcəkdinizsə, onda bu yanlış qərarla bağlı niyə israr edirdiniz? “Yanlış hesab Bağdaddan dönər” deyiblər. Nəhayət ki dəfə yanlış hesab heç Bağdada çatmadan geri qayıtdı”.
İnterpress.az