Cənub hərbi dairəsinin Rusiya hərbi bazasının tank bölmələrinin hərbi qulluqçuları Ermənistanda yay dövründə yekun yoxlamalar çərçivəsində \”tank dueli\” keçirəcəklər.
Oktyabrın 27-dək davam edəcək yoxlamaların gedişində T-72B tank ekipajları \”Alaqyaz\” yüksək dağlıq poliqonunda şərti düşmənin canlı qüvvəsini və zirehli hərbi vasitələrini məhv edəcəklər.
Təlimlərə Rusiya tank bölmələrinin təqribən 100 hərbi qulluqçusu və 30-dan çox hərbi texnikası cəlb olunacaq. ( trend.az )
İnterpress.az