İnterpress.az xarici mətbuata istinadən xəbər verir ki, Pahon “ABŞ Yəmənin idarəçiliyində boşluqlar olan bölgələrində terrorizmlə mübarizəsini davam etdirir. Bugün Yəmənin Beyda rayonunda iki hava hücumu zamanı 9 İŞİD terroristi məhv edildi” deyə bildirib. Pahon son 10 gün ərzində Yəməndə 60 İŞİD üzvünün öldürüldüyünü qeyd edərək bildirib ki, ABŞ-ın həyata keçirdiyi hava hücumlarında məqsəd terroristləri yayıldıqları ərazilərdən təmizləməkdən ibarətdir.
İnterpress.az