Ukrayna deputata sui-qəsddə Kadırovu şübhəli bildi – “Sübutlar var”backend

Ukrayna deputata sui-qəsddə Kadırovu şübhəli bildi – “Sübutlar var”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az Qafqazinfo-ya istinadən xəbər verir ki, DİN rəhbərinin müavini Anton Qeraşenko ötən gün paytaxt Kiyevdə baş verən partlayışla bağlı aparılan araşdırmada istintaqın versiyalarından biri kimi “Rusiya xüsusi xidmət orqanlarının hərəkəti”nin adını çəkib:

“İstintaqın versiyalarından biri kimi, Rusiya xüsusi-xidmət orqanlarının etiraz aksiyaları fonunda ölkədəki ictimai-siyasi vəziyyəti pozmaq üçün fəaliyyətini göstərmək olar\”.

DİN rəhbərinin digər müavini İvan Varçenko da bəyan edib ki, partlayışda “rus izi” var. Varşenko buna dair konkret sübutlar olduğunu vurğulayıb və Ramzan Kadırovun 2014-cü ildəki bəyanatını xatırladıb.

Xatırladaq ki, “Espresso” telekanalının binasının çıxışında baş verən partlayışda Ali Radanın “Radikal” partiyasından olan deputat Mosiyçuk ağır yaralanıb, mühafizəçisi hadisə yerində ölüb, hadisə yerində təsadüfən olan digər polis əməkdaşı isə xəstəxanada dünyasını dəyişib.

“Terror” maddəsi ilə cinayət işi açılıb.

İnterpress.az