“Əsəd ailəsinin padşahlığının sonu yaxınlaşır. Yeganə sual, bunun nə zaman baş verəcəyidir”backend

“Əsəd ailəsinin padşahlığının sonu yaxınlaşır. Yeganə sual, bunun nə zaman baş verəcəyidir”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xarici mətbuata istinadən xəbər verir ki, ABŞ Xarici İşlər Naziri Reks Tillerson Suriya məsələsi barədə çox sərt bəyanat verib. Suriyada illərdir davam edən savaşın başa çatdığını bildirən Tillerson \”ABŞ Suriyanın parçalanmasına qarşıdır və Bəşər Əsədin hökumətdə hər hansı rolunun olmasını istəmir\”deyə bəyan edib. ABŞ Xarici İşlər Naziri həmçinin, \”Əsəd ailəsinin padşahlığının sonu yaxınlaşır. Yeganə sual, bunun nə zaman baş verəcəyindir\” ifadəsindən istifadə edib. Tillerson, 6 ildən çox bir müddətdir davam edən müharibənin uzanmasının və Əsədə tabe qüvvələrin mübarizəyə davam edə bilməsinin səbəbi olaraq Dəməşq rəhbərliyinin Rusiyadan aldığı hava dəstəyi olduğunu söyləyib. Tillerson, ABŞ-ın Suriyanın ərazi bütövlüyünə hörmət etdiyini də sözlərinə əlavə edib.

İnterpress.az