Evdən oğurluq edənlər saxlanıldıbackend

Evdən oğurluq edənlər saxlanıldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az məlumat verir ki, Daxili İşlər Nazirliyindən verilən xəbərə görə, Neftçala rayonunun Qaraqaşlı kənd sakini olan bir qadın oktyabrın 25-də Rayon Polis Şöbəsinə müraciət edərək bir gün əvvəl evindən 5000 manat dəyərində qızıl-zinət əşyalarının və 80 manat pulunun oğurlandığını bildirib.
Polis əməkdaşlarının peşəkarlıqla keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə oğurluğu törətməkdə şübhəlilər müəyyən edilib, rayon sakinləri 17 yaşlı Murad Eyvazov və əmisi oğlu 22 yaşlı Camal saxlanılaraq Polis Şöbəsinə gətiriliblər.
Qohumlar cinayəti sahibinin evdə olmadığından istifadə edərək birgə törətdiklərini, evdən 13 adda qızıl-zinət əşyaları – 2 ədəd qızıl boyunbağı, 3 ədəd qızıl üzük, 1 cüt və 1 ədəd qızıl sığa, 3 ədəd qızıl kulon, 3 qızıl diş oğurladıqlarını etiraf ediblər.
Ətraflarında aparılan tədbirlərlə onların oğurladıqları qızılları Qaraqaşlı kəndində yol kənarında basdırdıqları müəyyən edilib və həmin zinət əşyaları maddi sübut kimi götürülüb.
Faktla bağlı Neftçala RPŞ-də cinayət işi başlanılıb.

İnterpress.az