ABŞ Dövlət Departamentindən “Həşdi Şabi” açıqlamasıbackend

ABŞ Dövlət Departamentindən “Həşdi Şabi” açıqlaması

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az Avropa.info-ya istinadən xəbər verir ki, Mühəndisin 2009-cu ildə ABŞ tərəfindən terror siyahısına daxil edilməsinə dair suala Notyert belə cavab verib:
“Bu mövzu ilə bağlı xəbərləri gördüm. O, şəxs terrorçudur. Xəbərləri təsdiq edə bilmərəm, əgər doğrudursa əsgər toplama fəaliyyətlərinin uğursuzluğa düçar olmasını ümid edirik”.

“İraqlılar buna qarşı tədbir almalıdırmı?” sualına Noyert “O bir terrorçudur, ancaq bundan o tərəfə bir şey deyə bilmərəm” cavabını verib.
İraq Kürd Regiona Hökuməti Təhlükəsizlik Agentliyi Mosulun şimal-qərbində İraq qüvvələri ilə gedən döyüşlərdə İraq ordusu və “Həşdi Şabi”yə məxsus 3 tank, 5 “Hummer” cipinin vurulduğunu bildirmişdi. İKRH peşmərgəyə qarşı başladılan əməliyyata Əbu Mehdi Mühəndisin və Bədir Briqadaları komandiri Hadi Amirinin başçılıq etdiyi bildirilmişdi.

İnterpress.az