İnterpress.az xəbər verir ki, Tusk sosial şəbəkədəki hesabında Kataloniyanın müstəqillik elan etməsinin Avropa İttifaqı üçün heç nəyi dəyişdirməyəcəyini bəyan edib.
D,Tuskun sözlərinə görə, Avropa İttifaqı İspaniyanın mərkəzi hökuməti ilə əlaqələri davam etdirəcək.
“İspaniya bizim tərəfdaşımız olaraq qalacaq” – deyə Tusk qeyd edib.
Qeyd edək ki, İspaniya Senatı Kataloniyanın muxtariyyətini ləğv edib. Bu barədə Senatın bu gün keçirilən iclasında qərar qəbul olunub.
İnterpress.az