İnterpress.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, Nəsimi RPİ 22-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cari il avqustun 15-də rayon ərazisində 4 əcnəbi vətəndaşın kirayədə yaşadıqları evdən 500 manat və 4200 ABŞdolları oğurlamaqda şübhəli bilinən Sumqayıt şəhər sakini, əvvəllər məhkum olunan Rasim Bayramov tutulub.
İnterpress.az