İnterpress.az xəbər verir ki, “Mercedes” 90-ZF-641 dövlət nömrə qeydiyyatlı avtomobil, \”Niva” markalı maşınla toqquşub.
Nəticədə “Niva”nın sürücüsü, 1995-ci il təvvəllüdlü Aydın Asəf oğlu Hacıyev və onun atası, Ağsunun Kalva kənd sakini, 1968-ci il təvvəllüdlü Asəf Ağasən oğlu Hacıyev ağır xəsarətlər alıblar. Yaralıların vəziyyəti ağır olduğundan onlar Bakıdakı xəsətəxanalardan birinə çatdırılıblar.
“Mercedes”in sürücüsü, 1960-cı il təvvəllüdlü Rasim Ağəli oğlu Əsgərov Şamaxı rayon xəstəxanasına yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.
İnterpress.az