“Ağıllı telefon zombiləri”  əleyhinə  hüquqi  addımbackend

“Ağıllı telefon zombiləri” əleyhinə hüquqi addım

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, insanların diqqətinin dağılması nəticəsində yaşanabiləcək ölüm və yaralanmaları azaltmaq məqsədi ilə, ABŞ-ın Havay ştatında qəbul edilmiş qanun layihəsi bugün qüvvəyə minib. Həmin qanunda “Heç bir piyada yol keçərkən mobil cihaza baxa bilməz” deyə qeyd olunub. Bu qanunu ilk dəfə pozan vətəndaşlar 15-35 dollar arası, ikinci dəfə isə 99 dollar həcmində cərimələnəcəklər. ABŞ Təhlükəsizlik Çalışmaları İnstitutunun etdiyi araşdırmaya görə, hər il təkcə Amerikada yüzlərlə insan yol keçərkən telefon diqqətini dağıtması səbəbindən yaralanıb və ya həyatını itirib.

İnterpress.az