İnterpress.az-ın məlumatına görə, bir zamanlar milyonlar qazanan eks futbolçu indi Amerikada tort satmaqla məşğuldu.
Yaşıl sahənin ən güclü futbolçularından biri, o vaxtlar milyonlar qazanan Hakan Şükür karyerasını başa vurduqdan sonra da Türkiyənin əsas şəxslərindən biri idi. O, hakim partiyadan millət vəkili seçildi, lakin onun siyasi karyerası da uzun çəkmədi. AKP-dən istefa verən eks futbolçu səs-küylü açıqlamalardan sonra ABŞ-a yollandı. ABŞ-a gedən futbolçudan isə bu dəfə media əl çəkmədi. Bildirilir ki, indi Hakan Şükür Kaliforniya ştatında kafe açaraq tort, müxtəlif şirniyyatlar satır. Eks futbolçu həmçinin masaları bir-bir gəzərək müştərilərin məmnun qalıb-qalmadığını soruşur.
Qeyd edək ki, Hakan Şükür iki il əvvəl Türkiyədəki evlərini satıb, banklardan pulunu çəkib Amerikaya qaçmışdı. O, Türkiyəyə dönməyəcəyini açıqlamışdı. (musavat)
![Hakan Şükürün yeni işi... - FOTO Hakan Şükürün yeni işi... - FOTO](http://www.interpress.az/uploads/posts/2017-10/1509299440_30a8b617b052.jpg)
İnterpress.az