İnterpress.az xəbər verir ki, İngilis mətbuatında çıxan məlumata görə, İŞİD-in paylaşdığı ismarıcda \”Kral ailəsi belə tək qalmayacaq\” bildirilib və şahzadə Corcun və onun oxuduğu Londonun şərqindəki Tomas Battersea məktəbinin şəkili paylaşılıb. Mesaja eyni zamanda məktəbin ünvanını əlavə edən İŞİD-çilər ünvanın yanında \”Məktəb erkən başlayır\” yazısını yazıblar.
İngilis təhlükəsizlik qüvvələri mesaj göndərilən ünvanı təqib edərkən, məktəb ətrafında yaşayan insanlar mediaya narahat olduqlarını bildiriblər.
İnterpress.az