Bunu bu gün Bakıda Bakı-Tbilisi-Qars dəmir yolunun rəsmi açılış mərasimində çıxışı zamanı Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
Türkiyə Prezidenti qeyd edib ki, bu gün Çindən Avropaya gedən yükün həcmi 240 milyon tonu keçir:
\”Əgər bu yükün heç olmasa 10 faizi bizim ölkələrdən keçən \”Orta dəhliz\” vasitəsilə nəql olunsa, o zaman biz əlavə olaraq 24 milyon ton yük daşıya bilərik\”.
Ərdoğan həmçinin, Azərbaycan Prezidenti İlham Əliyevə minnətdarlığını bildirib.
Mərasimdə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycan dilində atalar sözü deməsi alqışlarla qarşılanıb.
Ərdoğan azərbaycanlıların məşhur bir atalar sözünü söyləyib: \”Zəhmətlə yeyilən acı soğan minnətlə yeyilən baldan şirindir\”. Bu söz mərasimdə iştirak edənlərin böyük marağına səbəb olub.
İnterpress.az