İnterpress.az-ın məlumatına görə, bu sözləri müğənni Samir Piriyev aparıcı Kamran Həsənlinin ünvanına yazıb.
Sənətçi ondan 115 min dollar aldığını dediyi aparıcını yalan danışmaqda günahlandırıb:
“Kamrana iki dəfə dedim ki, səndən şikayət edəcəyəm. Bir dəfə 15 min dollar gətirdi, bir dəfə isə 20 min dollar əvəzinə sürdüyü maşını verdi. Borcu yox idisə, niyə verirdi? Deyir, mən də şərik idim. Bircə sənəd göstərsin ki, o da Ərhanla şərik idi? Ümumiyyətlə, danışdığı Ərhan kimdir? Həmin şirkətdə hansı vəzifəni daşıyır? Kamrana Bakıda pulu verdim. Bir həftə sonra dedi ki, şirkət iflas oldu. Belə təsadüf olar? Kamranın arxası güclüdür, bilirəm, mən isə Allahıma inanıram”.
Qeyd edək ki, K.Həsənli açıqlamasında Samiri yalan danışmaqda günahlandırıb.
Xatırladaq ki, müğənni Samir Piriyev hüquq-mühafizə orqanlarına müraciət edərək K. Həsənlinin onun 80 min dollarını mənimsədiyini bildirib. Daxil olmuş şikayət əsasında Nərimanov rayon Prokurorluğunda fakta görə Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq) maddəsi ilə cinayət işi başlanıb. (axşam.az)
İnterpress.az