İnterpress.az xarici mətbuata istinadən xəbər verir ki, İsveçli jurnalist Kim Wall müsahibə götürmək üçün ixtiraçı Piter Madsenin sualtı gəmisinə getdikdən sonra itmiş, daha sonra hissələrə ayrılmış cəsədi Danimarkanın paytaxtı Kopenhagen yaxınlığında dənizdə tapılmışdı. Danimarka polisi Madsenin Wallın bədəninə aid hissələri dənizə atdığını etiraf edib. Madsen polisə veriyi izahatda özü gəminin göyərtəsində olarkən dənizaltında karbonmonoksidin miqdarının artması nəticəsində Wallın zəhərlənərək öldüyünü bildirib. Ancaq daha əvvəlki ifadəsində Wallun gəmidəkidəki ağır bir qapağın başına düşməsi nəticəsində həyatını itirdiyini iddia etmişdi. Danimarkalı ixtiraçı Wallın bədənini dənizə atdığını etiraf etsə də, cəsədi parçalara ayırdığını rədd edib. Tibbi ekspertizadan sonra Piter Madsenin Walla cinsi təcavüz etdiyi də ehtimal olunub. Madsenə aid olduğu iddia olunan bir diskin içərisində başı kəsilərək öldürülən qadınların olduğu videolar aşkar olunub. İttihamları rədd edən Madsen diskin özünə aid olmadığını, laboratoriyasında çalışan hər kəs üçün bu diskin əlçatan olduğunu bildirib. Madsene aid olduğu iddia edilən diskdə qadınların işgəncə gördükəri, başları kəsilərək öldürüldükləri və yandırıldıqları görüntülər yer alıb. Qeyd edək ki, bədəninin gövdə, ayaq və baş hissəsi dənizdən çıxarılsa da, mərum jurnalistin cəsədinin qol hissələri hələ də tapılmayıb.
İnterpress.az