İspaniya baş nazirinin keçmiş müavini Kataloniyanın yeni başçısı oldubackend

İspaniya baş nazirinin keçmiş müavini Kataloniyanın yeni başçısı oldu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xarici mətbuata istinadən xəbər verir ki, İspaniya hökuməti dünən axşam Kataloniya yerli idarəçiliyini ləğv edib, bu səhər isə Katalon polis rəisinin vəzifəsinə son qoyub. Katalon parlamentinin birtərəfli müstəqillik elan etməsinin ardından, Kataloniyanın muxtariyyətini təxirə salmaq və bölgəni birbaşa idarə etməyə qərar verən İspaniya məsələ ilə bağlı ilk addımlarını atıb. İspaniya hökumətindən edilən rəsmi açıqlamada, Kataloniya başçısı Puqdemont da daxil olmaqla bütün liderlərin vəzifəsinə son verildiyi və bölgənin məsuliyyətinin baş nazir müavini Soraya Saenz də Santamariaya etibar edildiyi qeyd olunub. Kataloniya hökuməti ilə yanaşı Katalon polisinin yüksək rütbəli rəisləri də Madrid hökuməti tərəfindən vəzifədən kənarlaşdırılıb. Cümə günü İspaniya baş naziri Mariano Rajoy Kataloniya parlamentinin buraxıldığını açıqlayıb və dekabrın 21-də erkən seçkilərin keçiriləcəyini bildirib. Vəzifəsinə son verilən Puqdemont havadarlarına “sürətlənməni davam etdirmək” çağırışı edib. İspaniya prokurorluğu isə gələn həftə Puqdemont haqqında “üsyan qaldırması” səbəbilə cinayət işi açmağa hazırlaşır. Onu da qeyd edək ki, Aİ, ABŞ, İngiltərə, Almaniya və Fransadan gələn dəstək İspaniya hökumətinin bu məsələ ilə bağlı mövqeyinin güclənməsinə səbəb olub.

İnterpress.az