İnterpress.az xəbər verir ki, qadın və bu işdə ona kömək göstərənlər “siçovul zəhərindən” istifadə edib.
İnformasiyaya əsasən, Pəncab ştatının Müzəffərqarh şəhərinin 21 yaşlı sakini Asiya Bibi zorla Əmcad Laşariyə ərə verilib. Ancaq qız Şahid adlı gənci sevirmiş. Nikahdan narazı qalan Asiya Bibi bir neçə dəfə valideynləri və qohumları ilə mübahisə də edib. Qızın ata-anası və qohumları onun etirazlarını nəzərə almayıblar. Bu səbəbdən o, Zahid və Zarina adlı qohumları ilə birlikdə Əmcadini öldürmək barədə plan cızıblar. Onlar Ə.Laşariyənin içdiyi südə “siçovul zəhəri” qatıblar. Amma Əmcad həmin südü içməyib. Həmin süddən hazırlanan qatığı evə gələn qonaqlar yeyib. Nəticədə 27 nəfər zəhərlənib. Onların 15-i, o cümlədən Əmcad ölüb.
A.Bibi və daha iki nəfər şübhəıli şəxs qismində saxlanılıblar. Asiya ona qarşı irəli sürülən ittihamları rədd edərək, bildirib ki, Şahid onu ərini zəhərləməyə təhrik edib: “Şahid mənimlə evlənəcəyini vəd vermişdi. Mən onun evlilk təkilifindən imtina etmişəm”. (report)
İnterpress.az