Xərçəng olan xalq artistindən yeni xəbər – “1-2 ay sonra məlum olacaq”backend

Xərçəng olan xalq artistindən yeni xəbər – “1-2 ay sonra məlum olacaq”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, Səməd Vurğun adına Rus Dram Teatrının aktyoru cebhe.info-ya verdiyi açıqlamasında bildirib ki, bir müddət öncə qeydiyyatda olduğu Milli Onkologiya Mərkəzində kimyəvi terapiya kursunu keçib.

Hazırda isə xaricdən gətirilən xüsusi həbləri qəbul edir:

\”Xüsusi dərmanlar gətirilib. Onu da 1-2 ay qəbul edəndən sonra effekti bilinəcək. Həmin dərmanlara yeni başlamışam. İkinci aydan sonra aparata salıb, effektivliyinin nə dərəcədə olduğunu müəyyənləşdirəcəklər. Mütəmadi olaraq, müayinədən keçirəm, ayda 2 dəfə analizlər verirəm ki, görsünlər, o dərmanların fəsadları yoxdur. Görək də, Allah kərimdir”.

Xatırladaq ki, Fuad Poladov ağır xəstəliyi səbəbilə yanvar ayından səhnəyə çıxmır. (medicina.az)

İnterpress.az