İnterpress.az xarici mətbuata istinadən xəbər verir ki, ABŞ-da həbs olunan Xalqbankın keçmiş baş direktoru Məmməd Xaqani Atillanın vəkillərindən maraqlı iddia ortaya atılıb. Atillanın vəkilləri Rza Zərrabın AKP-li keçmiş nazir Zəfər Çağlayan və Xalqbank keçmiş baş direktoru Süleyman Aslanın da müttəhim kimi daxil edildikləri əlavə ittihamnaməyə \” etiraz etməməsini\” əsas göstərərək Zərrabın \”prokurorluqla razılaşmış\” olduğuna işarə ediblər. Zərrabın vəkilləri Çağlayan və Aslanın da müttəhim kimi daxil edildikləri ittihamnaməyə qarşı məhkəməyə hər hansı bir etiraz ərizəsi təqdim etməyiblər. Ancaq ABŞ həbsxana qeydlərində Zərrab hələ də Bruklin federal həbsxanasında məhbus kimi qeydiyyatdadır. Prokurorluq Zərrabın \”cəza endirimi qarşılığında razılaşma\” etməsinə dair hər hansı bir sənədi hələ ki, məhkəməyə təqdim etməyib. Ancaq Prezident Rəcəb Tayyib Ərdoğan ötən günlərdə Zərrabın prokurorluqla razılaşıb “etirafçı” ola bilmək ehtimalını gündəmə gətirmişdi. O, oktyabrın 24-də verdiyi müsahibəsində \”Vətəndaşımızı “etirafçı” etməyin səyi içərisindədirlər, bu işlər bitdiyi zaman dünyanı ayağa qaldırmağı da yaxşı bilərik\” ifadəsini işlətmişdi.
İnterpress.az