İnterpress.az “Report”-a istinadən xəbər verir ki, bunu İtaliya “Roma”sının futbolçusu Daniele De Rossi Çempionlar Liqasının qrup mərhələsinin IV turunda evdə İngiltərənin “Çelsi” klubu üzərində 3:0 hesablı qələbəni dəyərləndirərkən deyib.
Paytaxt təmsilçisinin 34 yaşlı kapitanı “Roma” ilə birgə C qrupunda yer alan “Qarabağ”ın İspaniyada “Atletiko” ilə 1:1 hesabı ilə heç-heçə etməsinə də toxunub. O, bildirib ki, Ağdam komandası bu nəticə ilə mübarizə aparmağa hazır olduğunu göstərib: “Bizə çox az adam inanırdı, lakin hazırda qrupda liderik. Lakin bu hələ son deyil, irəlidə çətin matçlarımız var. “Qarabağ” da mübarizə aparmağa hazır olduğunu göstərdi.
Onları səfərdə 2:1 hesabı ilə məğlub etdiyimiz üçün üzr istəməyimizi tələb edirdilər. Fikirlər çox tez dəyişir”.
Qeyd edək ki, 4 turdan sonra “Roma” 8 xalla C qrupunun lideridir. İngiltərənin “Çelsi” komandasının 7, “Atletiko”nun 3, “Qarabağ”ın isə 2 xalı var. İlk iki yeri tutan kollektivlər 1/8 finala yüksələcəklər. Üçüncü yerin sahibi isə mübarizəni Avropa Liqasında davam etdirəcək.
İnterpress.az