Tramp bəyan etdi: “Edam olunsun”backend

Tramp bəyan etdi: “Edam olunsun”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu barədə İnterpress.az Donald Trampın Twitter səhifəsinə istinadən xəbər verir.

\”Nyu-York terrorçusu xəstəxanada ikən, yatdığı palatada İŞİD bayrağının asılmasını istəyərkən çox sevinirdi. O, 8 nəfəri öldürüb, 12 nəfəri ölümcül yaralayıb. Ona ölüm hökmü verilməlidir\” – prezident belə yazıb.

Nyu-Yorkda törədilən terror aktında şübhəli bilinən 29 yaşlı Sayfullo Saipovun Özbəkistan vətəndaşı olması təsdiqlənib.

O, 1988-ci il fevralın 8-də Daşkənddə doğulub. Daşkənddə kollecdə, sonra isə Daşkənd Maliyyə İnstitutda təhsil alıb. İnstitutu bitirdikdən sonra paytaxtdakı “Səyahət” mehmanxanasında mühasib işləyib. Xaricə gedənə qədər o cinayət məsuliyyətinə cəlb olunmayıb.

Qeyd edilir ki, 2010-cu ildə o viza lotereyası qrin-kart udub və ABŞ-a gedib. O vaxtdan Özbəkistana gəlməyib. Onun valideynləri heç bir ekstremist təşkilatla əlaqəli deyil və Sayfullo Saipov da burada yaşayanda ekstremist təşkilatlarla əlaqəli olmayıb. Bu da onu deməyə əsas verir ki, Sayfullo Saipov ABŞ-da terrorçu qruplaşmaya cəlb edilib.

İnterpress.az