İnterpress.az xarici mətbuata istinadən xəbər verir ki, aşkarlanan qeyri-adi əsrarəngiz şəhər, Mikroneziya sahilində yerləşir. Pohnpei adasında yerləşən Nan Madol adlı şəhər su kanallarıyla ayrılmış həndəsi düzbucaqlardan ibarətdir. Mütəxəssislərə görə şəhər eramızın I və ya II əsrində qurulub.
Bazalt monolitlər və mərcan bloklardan ibarət olan Nan Madolda ibadətgah, mənzil, saray və məzarların qalıqları tapılıb. Alimlərə müəmmalı qalan məsələ isə şəhərin yaxın sivilizasiyalardan niyə bu qədər uzaqda olmasıdır. Qədim şəhərin Sakit okean adalarındakı ilk şəhər olduğu güman edilir.
İnterpress.az