Myanmanın lideri müsəlmanların qovulduğu əraziyə gedibbackend

Myanmanın lideri müsəlmanların qovulduğu əraziyə gedib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, o, hərbi helikopterlə əyalətin paytaxtı Situeyə gedib.

Bu bölgədə rohinca müsəlmanlarına qarşı işlədilən cinayətdən sonra Aun San Su Çjinin həmin əraziyə ilk səfəridir.

Myanma liderinin təmsilçisi bildirib ki, Nobel sülh mükafatı laureatı Aun San Su Çji ölkə müsəlmanlarının anklavına, Maunqdo yaşayış məntəqəsinə baş çəkib.

2015-ci ildə seçkilərdə qələbə qazanandan sonra ölkə lideri Rakhayna səfər etməyib.

Xatırladaq ki, Myanmadan 800 minə yaxın müsəlman qonşu Banqladeşə sığınıb. Dövlət Departamenti ABŞ-ın Myanmanın Rakhayn ştatında insan haqqlarının pozulmasına görə rəsmi Neypidoya qarşı sanksiya tətbiq oluna biləcəyini bəyan edib. (report)

İnterpress.az