Tramp bu vəzifəyə əvvəlcədən də gözlənildiyi kimi Cerom Pauellini namizəd göstərib.
Qeyd edək ki, ötən həftə Tramp qurum rəhbərliyinə 5 nəfərin namizədliyini nəzərdən keçirdiyini bildirib. Bunlar FED-in hazırkı başçısı Canet Yellen, ABŞ Milli İqtisadiyyat Şurasının direktoru Qeri Kon, FED-in İdarəetmə Şurasının üzvü Cerom Pauell, FED-in sabiq İdarəetmə Şurasının üzvü Kevin Uorş və Stenford Universitetinin əməkdaşı, iqtisadçı Con Teylordur.
Hazırki FES-in başçısı Janet Yellenin səlahiyyət müddəti 2018-ci ilin fevralında başa çatır.
Xatırladaq ki, 2012-ci ildə Amerikanın sabiq rəhbəri Obama FED-in rəhbərliyinə təklif etdiyi namizədlərdən biri də Cerom Pauell olub.
İnterpress.az