Qurban Qurbanov futbol üzrə Azərbaycan milli komandasının baş məşqçisi təyin olunub.
Bu barədə qərar AFFA İcraiyyə Komitəsinin iclasında verilib. 45 yaşlı mütəxəssis \”Qarabağ\”ın baş məşqçisi postunda da işini davam etdirəcək.
Qeyd edək ki, Qurban Qurbanov 2008-ci ildən \”Qarabağ\”a rəhbərlik edir. O, yığmanın sükanı arxasında xorvatiyalı Robert Prosineçkini əvəzləyib.
***
”Qarabağ FK”nın mətbuat xidmətindən verilən məlumata görə, Qurban Qurbanov bir neçə şərtin müqabilində millimizdə işləməyə razı olub.
“Bu şərtlərdən biri də Azərbaycanın əsas və aşağı yaş milli komandalarına nəzarətin şəxsən özünə verilməsi olub”.
İnterpress.az