İnterpress.az-ın məlumatına görə, 5 ölkəni əhatə edəcək səfər Koreya yarımadasındakı gərginliyin artdığı dövrə təsadüf edir.
Son aparılan rəy sorğuları göstərir ki, amerikalıların böyük əksəriyyəti ABŞ üçün ən böyük təhlükənin Şimali Koreyadan qaynaqlandığını hesab edirlər.
Donald Trump noyabrın 7 və 8-i səfərinin ikinci dayanacağı olaraq Cənubi Koreyaya gələcək. Görüşlərdə müzakirə olunacaq əsas mövzu Pxenyanın nüvə silahı və ballistik raketlərin inkişaf proqramına qarşı atılacaq addımlar olacaq.
İnterpress.az