Twitter Trampın rəsmi səhifəsini sildibackend

Twitter Trampın rəsmi səhifəsini sildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xarici mətbuata istinadən xəbər verir ki, ABŞ prezidentinə aid @realdonaldtrump adlı twitter hesabıyla təxminən 11 dəqiqə əlaqə kəsilib. Hadisə ABŞ saatıyla təxminən axşam saat 7-də baş verib, twitter istifadəçiləri Trampın hesabına girmək istədiklərində “təəssüf ki, bu səhifə mövcud deyil” ifadələriylə qarşılaşıblar.
Qeyd edək ki, 2009-cu ilin martında twitterə qoşulan Donald Trampın 41 milyondan çox izləyicisi var. Twitter tərəfindən edilən açıqlamada Trampın hesabının bilməyərəkdən və işdəki son gününü keçirən bir işçinin səhvi nəticəsində bağlandığı bildirilib. Atdığı twitlərlə məşhur olan Donald Trampın hesabının bağladılması sosial mediada böyük maraq yaradıb. Məşhur “Mashable” saytı hesabı bağlayan işçiyə müraciətlə tvit atıb və “sirli qəhrəman, sən kimsən? Amerika sənə təşəkkür etmək istəyir” deyib.

İnterpress.az