İnterpress.az Musavat.com-a istinadən xəbər verir ki, bu, 1999-cu ilin 27 oktyabrında Ermənistan parlamentində terror törədənlərdən biri Edik Qruqoryandır. Həbsxananın ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Qor Qleçyan faktı təsdiqləyib. O bildirib ki, ömürlük həbs edilən Qruqoryan gecə yarı ürəyindəki ağrılardan şikayətlənib. Məhlum təcili tibbi yardım maşını ilə Erebuni tibb mərkəzinə köçürülüb, ancaq məhbusa bioloji ölüm diaqnozu qoyulub. Məlumata görə, Qriqoryan iki ay əvvəl ürək əməliyyatı keçiribmiş.
Bu ilin 27 oktybarında Ermənistan parlamentində törədilən terror aktının 18-ci ildönümü tamam oldu. Xatırladaq ki, 27 oktybar 1999-cu ildə Ermənistan Milli Məclisinin üç günlük iclasının son günündə beş silahlı şəxs iclas zalına daxil olub hər tərəfə atəş açmışdı. Nəticədə parlament sədri Karen Dəmirçyan, baş nazir Vazgen Sarqsyan, vitse-spikerlər Yuriy Baxşyan və Ruben Miroyan, deputatlar Mikael Momanyan, Henrix Abramyan, Armenak Armenakyan, operativ məsələlər üzrə nazir Leonid Petrosyan ölmüşdü.
İnterpress.az